Zərdabın Salahlı kəndindən bir ailə ağır avtomobil qəzasına düşdü

0

Ucar rayonunun “Dörd yol” adlanan hissəsində 3-ü bir ailənin üzvü olmaqla 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. www.zerdab.com saytına verilən xəbərə görə, 20 CM 774 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə Zərdab rayon sakini, 1942-ci il təvəllüdlü Qocayev Yasin Əhməd oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-2106″nın sürücüsü və sərnişinləri – Zərdab rayonunun Salahlı kənd sakinləri, 1966-cı il təvəllüdlü Bayramov Yusif Novruz oğlu, 1968-ci il təvəllüdlü Bayramova Mirvari Yusif qızı və 1966-cı il təvəllüdlü İbrahimova Şəmsiyyə Yusif qızı bədən xəsarətləri alaraq Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalar davam edir.

www.zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 × one =