Prezident Zərdablı şəhid Nurlan Abdullayevə qəhrəmanlığına görə medal verdi

1

Prezident İlham Əliyev Zərdablı şəhid – gizir Abdullayev Nurlan Rasim oğlunun təltif edilməsi haqqında sərəncam imzalayıb. Zerdab.com xəbər verir ki, sərəncama əsasən, Nurlan Abdullayev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.

Məlumat üçün bildirək ki, 2012-ci ildə Naxçıvanda əsgəri xidmət keçən, xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət edən Zərdab rayonunun Böyük Dəkkə kənd sakini, 1994-cü il təvəllüdlü, ailənin yeganə oğul övladı, gizir Abdullayev Nurlan Rasim oğlu aprelin əvvəlində Tərtər bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndində torpağa tapşırılıb.

Medal şəhidimizin atasına təqdim olunub.

Nurlan Abdullazadə
Nurlan Abdullazadə

Zərdab rayonuAbdullayev NurlanZərdabZərdab-şəhidZərdabZərdabZərdab

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eighteen + fourteen =