Şagirdlər buraxılış imtahanına hansı sənədləri gətirməlidirlər?

0

TQDK şagirdlərin buraxılış imtahanına gətirməli olduğu sənədləri açıqlayıb.

Bu barədə TQDK-nın mətbuat xidmətindən məlumat verilib. 11-ci sinif şagirdləri imtahana buraxılış vərəqəsini, şəxsiyyət vəsiqəsini (16 yaşına çatmayanlar şəkilsiz şəxsiyyət vəsiqəsi ilə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və şagirdin fotoşəkili yapışdırılmış arayışı) gətirməlidirlər.
9-cu sinif şagirdləri imtahana buraxılış vərəqəsini, şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı gətirməlidirlər.
Qeyd edək ki, buraxılış imtahanında iştirak edəcək əcnəbilər imtahana gələrkən imtahana buraxılış vərəqəsini, şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidirlər. 9-cu sinif şagirdləri qeyd olunan sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da təqdim etməlidirlər.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 × one =