Zərdabda təmir olunan məktəb binası istifadəyə verildi

0
31

28 may Respublika Gününü Zərdab rayonunun Qaravəlli kənd sakinləri ikiqat sevinc içində qarşılayıblar. Zerdab.com saytı xəbər verir ki, əsaslı şəkildə yenidən qurulan 360 şagird yerlik kənd tam orta məktəbi müəllim və şagirdlərin istifadəsinə verilib. Yenidən qurulmasına ötən ilin dekabr ayından başlanılan tədris müəssisəsinin dam örtüyü, qapı və pəncərələri, sanitar texniki qovşaqları dəyişdirilib. 23 sinif otağında, kimya, fizika, biologiya laboratoriyalarında, kompüter mərkəzində, kitabxana, iclas və idman zallarında nümunəvi şərait yaradılıb. Məktəb istilik sistemi, içməli və çirkab su anbarları ilə təchiz edilib. Eyni zamanda zəruri məktəb avadanlıqları ilə təmin olunub. Təhsil ocağının ətrafları abadlaşdırılıb, yaşıllıqlar salınıb. Əsaslı təmir-bərpa işləri Ərazilərin Bərpası və Yenidən Qurulması Dövlət Agentliyi tərəfindən həyata keçirilib.