Zərdabın qəhrəman oğlu: şəhid Zalov Məhəmməd Rəsul oğlu

0
Zalov Məhəmməd Rəsul oğlu
Zalov Məhəmməd Rəsul oğlu

 

Zalov Məhəmməd Rəsul oğlu 1971-ci ildə Zərdab rayonunun Məlikli kəndində anadan olub. 1978-ci ildə Zərdab Mirzə Ələkbər Sabir adına Məlikli kənd orta məktəbinin 1-ci sinfinə qədəm qoymuş, 8-ci sinifi bitirdikdən sonra Zərdab rayonunun 124 saylı Texniki-Peşə məktəbində təhsilini davam etdirmiş, traktorçu peşəsinə yiyələnmişdi. 1989-1991-ci illərdə əsgəri xidmətdə olmuşdu.

Hərbi xidmətdən sonra doğma kəndlərindəki kolxozda traktorçu işləmiş, bu müddət ərzində özünü bir vətəndaş kimi doğrultmuş, bacarıqlı işi ilə hamının hörmətini və rəğbətini qazanmışdı. 1992-ci il avqust ayının 15-dən Milli Ordumuzun sıravi əsgəri tək vətənin müdafiəsinə qoşulmuş, Füzuli rayonunun Divanalılar kəndindəki “N” saylı hərbi hissəsinin birinci rotasının tərkibində vuruşmuş və oktyabrın 23-də qəhrəmancasına şəhid olmuşdur. Zalov Məhəmmədin və digər şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Allah rəhbət eləsin. Həsən bəy Zərdabi yurdu Məhəmməd Zalov kimi qəhrəman oğullarla daim fəxr edir.

Zalov Məhəmməd Rəsul oğlu
Zalov Məhəmməd Rəsul oğlu

Şərh yaz

Please enter your comment!
Please enter your name here

12 − eight =