Zərdabda 40 il sonra maraqlı görüş

0


ZərdabQırx il əvvəl Zərdab rayon Şəftəxal kənd orta məktəbini bitirmişik. Mayın 22-də 40 illik yubleyimizi qeyd etdik. Orta məktəbdən məzun olmağıızın 40 illik yubileyini qeyd etmək üçün doğma məktəbimizdə – Zərdab rayonu, Nizami adına Şəftəxal kənd orta məktəbində toplaşmışdıq. Hər birimizin sözlə ifadə etməsi mümkün olmayan hisslər keçirdiyimiz adi baxışla hiss olunurdu. Biz məzun olarkən məktəbimizin 2-ci sinifində oxuyan, indi isə həmin məktəbin direktoru olan Sədyar müəllim Xəlilova görüşün təşkil olunmasında göstərdiyı misilsiz xidmətə görə sonsuz təşəkkür edirəm.

Ürfan MəmmədliZərdabZərdab

Zərdab rayonu Şəftəxal kənd orta məktəbini bitirməyimizin 40 illiyinə

Ey Şəftəxal kəndi, ey doğma məktəb,
Şükür belə günə, bu xoş saata.
17 yaşında ayrıldıq səndən,
Qoynundan atıldıq yeni həyata.

Bizə dərs deyənlər dühalar idi,
Hər sözü, kəlməsi dəryadan dərin.
Hərəmiz yol alıb bir səmtə getdik,
Verdiyi biliklə müəllimlərin.

Bənzəmək istərdik biz də onlara,
Olsada arada nə qədər söz-sov.
Müəllimlər gördük dağlardan ağır,
Başda dayanırdı Fikrət Bünyadov.

Həm gözəl müəllim, həm böyük insan,
Onun içindəydi tərbiyə, təlim.
Dümağ saçlarından işıq yağardı,
Ziya heykəliydi Şərif müəllim.

Deyirdi kimyadı elmlər şahı,
Misal gətirərdi bizə müəllim.
Malekulla başlanan kimya dərsini,
Atomla bitirərdi Mirzə müəllim.

Rus dilin dedi Nəbi müəllim,
Düşmənin dərsini verib gəlmişdi.
Verib sağlamlığın Vətən yolunda,
Cahan savaşını görüb gəlmişdi.

Bizə öyrədirdi biologiyanı,
Nurlu bir kişiydi, xoşsifət, həlim.
Dərsini bilməyən şagirdlərinə,
Parazit deyərdi Astan müəllim.

Öyrədirdi bizə ədəbiyyatı,
İzah eyləyərdi o aram-aram.
Qayğılı olardı üzü hər zaman,
Manaf müəllimin xatırlayıram.

Öyüdü, nəsiyyəti beləydi onun,
Sabaha qoymayın bu günkü işi.
Gəlin xatırlayaq Əzim əmini,
Həm gözəl müəllim, baməzə kişi.

Bu torpaq namusdu, qeyrətdi dedi,
Dedi dayaq olun doğruya, düzə.
Hərbə hazırlıqda Tapdıq müəllim,
Vətəni sevməyi öyrətdi bizə.

Bu qarabuğdayı Tahir müəllim,
Sıfırdan başlanır elm deyirdi.
Riyaziyyat olacaq hər sirrə açar,
Siz bunu indidən bilin deyirdi.

Yumşaq ürəkliydi, gülərüz idi,
Bir yol eşitmədik yüksək səsini.
Sinifə girəndə Novruz müəllim
Möcüzə sayırdıq fizika dərsini,

Tarixi baxçaya bənzədirdi o,
Deyirdi əkməyən bil meyvə dərməz.
Belə söyləyirdi Vahib müəllim,
Keçmişin bilməyən gələcək görməz.

Əgər sağlam olsan, ruhun sağ olar,
Sən keçə bilərsən bütün yolları.
Bizə öyrədirdi idman dərsində,
Yeniyol müəllim çətin yolları.

Qar, sazaq bilməzdik, gənclik yaz idi,
Nəvaziş altında gözlər gülürdü.
Zivər xanım ilə Rəhlə xanım,
Təhminə müəllimə, Bənövşə xanım,
Sinifə girəndə bahar gəlirdi.

Getdi gəncliyimiz daha babayıq,
İndi pəs deyirik biz zildən sonra.
Ömür də su kimi axmağındadı,
Baxın, görüşürük qırx ildən sonra.

Tarixə çevrilər bu görüşümüz,
Tanrı şəfa versin hər gələn dərdə.
Allah can sağlığı versin, yaşayaq,
İnşallah görüşək əllidə bir də.

Dayandur Sevgin

Şərh yaz

Please enter your comment!
Please enter your name here

fourteen − twelve =