Zərdabda tibb işçiləri günü qeyd edildi

0
22

17 iyun 2016-cı il tarixdə Zərdabda tibb işçiləri günü münasibətilə yığıncaq keçirilib. Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov tədbiri giriş sözü ilə açaraq, bayram təbriklərini söyləyib, rayonumuzun səhiyyə sahəsində qazandığı uğurlardan söhbət açıb. Tədbirdə iştirak edən Zərdab Rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Əmirəliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı tarixi xidmətlərindən danışıb, hazırda bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini iştirakçıların diqqətinə çatdırıb: “Bu gün Azərbaycanın hər bir şəhər və rayonunda müasir tibb müəssisələri tikilir, onlar dünya standartlarına cavab verən avadanlıqlarla təchiz olunur. Hazırda Zərdab Rayon Mərkəzi Xəstəxanasının da binası Dövlət Proqramı çərçivəsində əsaslı təmir olunur”.
Sonda səhiyyə sahəsində göstərdikləri səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisinə qiymətli hədiyyələr təqdim edilib.Zərdab

Zərdab Zərdab Zərdab