20 yanvar şəhidləri Zərdabda yad olundu

0

1990-cı il yanvarın 20-də Bakıda baş vermiş hadisələrin 22-ci ildönümü ilə əlaqədar Zərdab rayonunda anım mərasimi keçirildi. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etdi, önünə gül dəstələri qoydu. Daha sonra tədbir Zərdab rayon İcra Hakimiyyətində davam etdirildi. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirdi ki, həmin hadisələr xalqımızın yaddaşından heç bir zaman silinməyəcək.

Lütvəli Babayev bu qanlı gecənin həm də xalqımız üçün şanlı bir gecə olduğunu söylədi. Onun sözlərinə görə, 22 il əvvəl Bakıda, eləcə də ölkəmizin digər bölgələrində baş verən hadisələr insanların şüurunda çevriliş etdi: “Ümummilli lider Heydər Əliyev isə Bakıda baş verən hadisələrin səhərisi gün, böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi və bəyanat verdi. Heydər Əliyev bu hadisələrin sovet rəhbərliyinin öz vətəndaşlarına qarşı cinayət əməli olduğunu vurğuladı. Xalqımız, o cümlədən Zərdab sakinləri bu hadisələri hər zaman qürurla xatırlayacaqlar”.
Daha sonra məktəblilərin əl işlərindən ibarət rəsm əsərlərinə baxış keçirildi.

www.zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 × 4 =