Zərdabda hərbi xidmətdən qayıdan gənclərlə görüş keçirildi – FOTOLAR

0

 

Zerdab rayonuZərdab rayonunda hərbi xidmətdən tərxis olunan gənclərlə rayon ictimaiyyət nümayəndələrinin görüşü keçirilib. Zerdab.com saytı xəbər verir ki, görüş Heydər Əliyev Mərkəzində baş tutub. Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev tədbirdə çıxış edərək, orduda mənəvi-psixoloji durumun yüksək səviyyədə olduğunu qeyd edib, ordu və xalqın daim həmrəy olduğunu bildirib. Qeyd edilib ki, rayonumuzda gəclərin ordu sıralarında hərbi xidmətə hazırlanması istiqamətində son illər çox işlər görülüb, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işləri gücləndirilib.Zerdab rayonu

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Elşən Həsənov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində də mühüm irəliləyişlərə nail olunub: “Ordumuzun yeni müasir silahlarla, texnikalarla, artilleriya və hava hücumundan müdafiə qurğuları ilə, zirehli maşınlarla təchiz olunması, ordu quruculuğuna ayrılan vəsaitlər buna bariz nümunədir”. Vətən qarşısında borclarını yerinə yetirməkdən şərəf hissi duyduqlarını deyən hərbi xidmətdən tərxis olunan gənclər onlara göstərilən diqqətdən razılıqlarını bildiriblər. Sonda ordu sıralarından tərxis olunan gənclərə hərbi biletlər və hədiyyələr verilib.

Zerdab.comZerdab rayonu Zerdab rayonu3

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × 1 =