Zərdabda zəlzələ olub: insanlar təşviş keçirib

0
29

Bu gün Zərdab rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin episentri İmişli rayonunda olub. Hadisə yerli vaxtla saat 08.49-da baş verib. 5.6 maqnitudalı, 25 km dərinlikdə baş verən zəlzələ 4 bala yaxın hiss olunub.

Zərdab sakinlərinin Zerdab.com saytına verilən məlumata görə, zəlzələ əhali arasında böyük təşvişə səbəb olub. Sakinlər son illə bu cür güclü zəlzələnin şahidi olmadıqlarını, zəlzələ zamanı evlərdəki bəzi əşyaların aşdığını bildiriblər. Həyəcandan halı pisləşənlər də olub.

Dağıntı olub-olmaması barədə məlumat verəcəyik.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin verdiyi məlumata görə, zəlzələ baş verən ərazidə xırda təkanlar qeydə alınır: “Bu təkanların olması normaldır. Enerji boşalması getməlidir”.

Zəlzələ nəticəsində dağıntıların olub-olmamasına gəlincə, Mərkəz direktoru deyib ki, İmişli ərazisi gilli, qumlu torpaqdır: “Maqnitudası 5-dən çox olan zəlzələlər zamanı evlərdə çatların olması qaçılmazdır. Amma güclü dağıntı gözləmirəm”.

Zerdab.com