Zərdabın Əlibəyli kəndində yanğın olub

0

 

Zərdab rayonunun Əlibəyli kəndində yanğın olub. Zerdab.com saytı Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Əlibəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 m2 olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb. “Ot bağlamasının qalan hissəsi, 2 ton buğda və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb”,-deyə nazirliyin məlumatında bildirilib.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

9 − five =