Zərdablı məzundan rekord: repetitorsuz 667 bal yığıb, arzuladığı fakültəyə qəbul oldu

0

 

Zərdab rayonunun M.F.Axundov adına Gəlmə kənd orta məktəbinin məzunu Elvin Ələkbərov qəbul imtahanında 667 bal toplayaraq, arzusunda olduğu fakültəyə daxil olub. Bu barədə Zerdab.com saytına onun təhsil aldığı məktəbin direktoru Gülağa İsgəndərov məlumat verib. G. İsgəndərovun sözlərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2016/2017-ci tədris ili üçün açıqladığı ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, Elvin Ələkbərov Qafqaz Universitetinin Maliyyə fakültəsinə qəbul olub. Məktəb direktoru deyib ki, Elvin repetitor yanına getməyib. “Məlumat üçün bildirim ki, Elvinin atası mantyor, anası evdar xanımdır”.

Elvin Ələkbərov
Elvin Ələkbərov

Elvin imtahanlara özü hazırlaşıb. Əlbəttə, bu işdə orta məktəb müəllimləri heç bir təmənna güdmədən ona könüllü şəkildə yardımçı olublar. Elvinə dəstək olan, ona Coğrafiya fənninin sirlərini öyrədən isə müsahibimiz Gülağa müəllim olub.

Nəhayət, TQDK-nın keçirdiyi qəbul imtahanında Elvin Ələkbərov 667 bal toplayaraq, həm valideynlərini, həm orta məktəb müəllimlərini, həm də əzizlərini sevindirib. E. Ələkbərov TQDK-nın açıqladığı ali təhsil müəssisələrinə yerləşdirmənin nəticəsinə əsasən, Qafqaq Universitetinin Maliyyə fakültəsində dövlət sifarişi əsasında təhsil alacaq.

Gülağa İsgəndərov
Məktəbin direktoru Gülağa İsgəndərov

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

sixteen + 13 =