Zərdab rayonu üzrə builki qəbul imtahanında ən yüksək balı toplayan odur

0
24

Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında Zərdablı məzunların göstərdiyi nəticələrlə bağlı Zerdab.com saytında ardıcıl maraqlı xəbərlər yayımlanır. Bu dəfə isə builki qəbul imtahanında Zərdab rayonu üzrə ən yüksək nəticə göstərmiş məzun haqqında məlumat verəcəyik. Zerdab.com saytına verilən məlumata görə, ümumilidə rayon üzrə 600-dən çox bal toplamış məzunlar çoxdur. Növbəti xəbərlərimizdə bu barədə məlumat verəcəyik.

Zərdab rayonu üzrə ən yüksək göstəricini isə İsayev Turan Fəyyaz oğlu göstərib. Saytımıza daxil olan məlumata görə, Turan qəbul imtahanında 686 bal toplayıb. İmtahanda maksimum nəticə – 700 bal toplamaq üçün onun 14 balı çatmayıb. Turan Zərdab şəhər 3 nömrəli orta məktəbdə təhsil alıb. O, bu nəticə ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə (ingilis dili) fakültəsinə daxil olub. Məlumat üçün bildirək ki, orta məktəbdə oxuyarkən Turanın ibtidai sinif müəllimi Tahirə Hacıyeva, sinif rəhbəri isə Muxtar Əlizadə olub.

Zerdab.com3 sayli məktəb