Zərdab üzrə qəbul imtahanında ən çox bal toplayan qız – Aişə Əhmədova

0

Ali məktəblərə keçirilən builki qəbul imtahanında Zərdab rayonu üzrə qızlar arasında ən yüksək balı Əhmədova Aişə Məmmədalı qızı toplayıb. Zerdab.com saytına verilən məlumata görə, Aişə Əhmədova ali məktəblərə qəbul üzrə keçirilən sonuncu imtahanda 645 bal toplayıb. Tələbə qəbulu üzrə Dövlət Komissiyasının yerləşdirməsinə əsasən, A. Əhmədova Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın idarə olunması fakültəsinə daxil olub.

Zerdab.com saytı xatırladır ki, Aişə Əhmədova Zərdab rayonunun Şıxbağı kənd tam orta məktəbini bitirib. Onun bu məktəbdə ibtidai sinif müəllimi Cavadova Zenfira, sinif rəhbəri isə Sveta İsmayılova olub.

Zerdab.com