Prezidentin təltif etdiyi medal həmyerlimiz Pərvin Mahmudovaya təqdim olundu

0
32

 

Zərdab Rayon İcra Hakimiyyəti Başçının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, YAP Zərdab Rayon Təşkilatının sədri Pərvin Şərif qızı Mahmudova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Zerdab.com saytı xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 22 iyun 2016-cı il tarixində bununla əlaqədar sərəncam imzalayıb. Zərdab rayon Heydər Əliyev Mərkəzində medalın Pərvin Mahmudovaya təqdimetmə mərasimi keçirilib.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı Pərvin Mahmudovaya təntənəli təqdim olunub.

Zerdab.comLütvəli Babayev
Lütvəli Babayev