YAP Zərdab rayon təşkilatında referendumla bağlı yığıncaq keçirilib – FOTOLAR

0

YAP Zərdab rayon təşkilatında referendum üzrə “Yeni Azərbaycan” Təşviqat Qrupunun Zərdab rayon şöbəsinin yığıncağı keçirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova referendum üzrə “Yeni Azərbaycan” Təşviqat Qrupunun Zərdab rayon şöbəsinin fəaliyyətinin birinci mərhələsinin yekunları haqqında məlumat verib, fəaliyyət proqramına uyğun olaraq, referendum keçirilməsilə əlaqədar qarşıda duran vəzifələr haqqında danışıb.

Yığıncaqda bildirilib ki, referendumla əlaqədar rayon təşkilatının Aparatında 13 nəfərdən ibarət qərargah yaradılıb. Təşviqat kampaniyasında iştirak edəcək YAP fəalları müəyyənləşdirilib, onlar arasında vəzifə bölgüsü aparılıb. Həmçinin seçici siyahılarının dəqiqləşdirilməsi ilə məşğul olan şəxslər müəyyən edilib, onlar arasında konkret iş bölgüsü aparılıb. Qərargahda ayrı-ayrı inzibati ərazilərin sosial xüsusiyyətləri öyrənilib, təşviqat kampaniyasında iştirak edəcək ağsaqqallar, ziyalılar müəyyənləşdirilib. Referendum üzrə təşviqat qrupunun yerlərdə keçirəcəyi görüşlərin Qrafiki hazırlanıb. Dairə və məntəqə seçki komissiyalarında Yeni Azərbaycan Partiyasını təmsil edən üzvlərin siyahısı hazırlanıb. Bundan başqa, dairə və məntəqə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlər, eyni zamanda, müşahidə aparacaq şəxslər müəyyənləşdirilib, onlarla məlumatlandırıcı və tövsiyə xarakterli söhbətlər aparılıb. Rayon ərazisində təbliğat materiallarının asılması, yapışdırılması, yerləşdirilməsi və seçki məntəqələri ərazisinə çatdırılması, paylanması işinin aparılması üçün gənclərdən ibarət mobil qrup yaradılıb.

Pərvin Mahmudova kampaniyanın uğurla başa çatdırılması və referendumda yüksək fəallığın təmin olunması istiqamətində görüləcək digər işlərlə bağlı yığıncaq iştirakçılarına tövsiyələrini verib.

Daha sonra tədbirdə çıxış edən “Yeni Azərbaycan” Təşviqat Qrupunun üzvləri, YAP Zərdab rayon təşkilatının Şura üzvləri Gülağa İsgəndərov, Sara Soltanova, Vüsalə Kərimova, Rayon Ağsaqqallar şurasının sədri Mirağa Bağırov, “Tərəqqi” medallı təqaüdçü Telman İsmayılov və digərləri görülən işlərlə bağlı fikirlərini bildirib, Zərdab rayonunda da ümumxalq səsverməsinin yüksək səviyyədə həyata keçiriləcəyinə inamlarını ifadə ediblər.

Çıxışlarda yekun olaraq qeyd olunub ki, Konstitusiyaya təklif olunan əlavələr, dəyişikliklər, həqiqətən də, zərurətdən, ölkədə və dünyada baş verən proseslərdən irəli gəlir. Azərbaycan xalqı da, Azərbaycan ictimaiyyəti də bir daha təqdim olunan müddəalarla yaxından tanış olaraq gələcəkdə müzakirələrdən sonra səsvermə nəticəsində bu əlavə və dəyişiklikləri qəbul etməklə həm ölkəmizin ali sənədinin təkmilləşdirilməsinə, həm də respublikanın inkişafına, daha səmərəli idarə olunmasına öz töhfəsini verəcək.

Yeni Azərbaycan Partiyasının Zərdab Rayon TəşkilatıYAP Zərdab Rayon Təşkilatı

Şərh yaz

Please enter your comment!
Please enter your name here

five × three =