Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqinə 9 il iş verilib

0

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib. APA-nın verdiyi məlumata görə, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərovun vəkili Bəhruz Bayramov müdafiə nitqi etmək üçün məhkəmədən on gün vaxt istəyib.Hakim isə bunu prosesi qəsdən uzatmaq istəyi kimi qiymətləndirib.Bundan sonra prosesdə fasilə elan olunub. Fasilədən sonra vəkil çıxış edərək müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu deyib.Daha sonra prosesdə çıxış üçün R. Səfərova söz verilib. R. Səfərov çıxışa hazır olmadığını, ona bir həftə vaxt verilməsini istəyib.Məhkəmə vəsatəti təmin etməyib, ona çıxışa hazırlaşmaq üçün 15 dəqiqə vaxt verib.Fasilədən sonra R. Səfərov çıxışa hazır olmadığını deyib və yenidən məhkəmədən vaxt istəyib. Məhkəmə bunu çıxışdan imtina kimi dəyərləndirib.Məhkəmədə yenidən fasilə elan edilib. Fasilədən sonra hökm elan olunub. Məhkəmə R. Səfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.R. Səfərov məhkəmə zalında həbs olunub.Xatırladaq ki, prokuror məhkəmədən R. Səfərova 10 il həbs cəzası verilməsini istəmişdi.

R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 + 19 =