Zərdabda ağır yol qəzası baş verib – ölən və yaralananlar var – FOTOLAR

0
36

Zərdabda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saat 20:30 radələrində Zərdab-Ağcəbədi yolunun Zərdab rayonunun Məmmədqasımlı kəndindən keçən hissəsində qeydə alınıb.

Bu barədə Zerdab.com saytına rayon sakini Coşqun Abdullayev məlumat verib.

90 UP 251 dövlət nömrə nişanlı  “Hyundai” markalı minik maşını ilə 10 LU 604 dövlət nömrə nişanlı “VAZ” 2106 markalı minik maşını toqquşub.

Nəticədə rayonun Gödəkqobu kənd sakini, 17 yaşlı Xitmət Mahir oğlu Seyidov hadisə yerində ölüb. “VAZ”  markalı maşının sürücüsü, 68 yaşlı Raquf İbad oğlu İbadov  və sərnişinləri 17 yaşlı Raya Mahir qızı Babayeva və onun həmyaşıdı Mehri Seyidağa qızı Mürşüdova aldıqları xəsarətlərlə Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı  Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Coşqun Abdullayevin hadisə yerindən çəkdiyi fotoları təqdim edirik.

zerdab-qeza zerdab-qeza zerdab-qeza zerdab-qeza zerdab-qeza zerdab-qeza zerdab-qeza