Zərdab üzrə ən yüksək bal toplamış tələbəyə Prezident təqaüdü verildi

0
25

 

Prezident İlham Əliyev 2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb. Zerdab.com saytı xəbər verir ki, sənədə əsasən, 2016/2017-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü veriləcək. Təqaüdə layiq görülənlər arasında Zərdab rayonu üzrə ən yüksək bal toplamış İsayev Turan Fəyyaz oğlu da var. Bu barədə Zerdab.com saytına Turan İsayevin yaxınları məlumat veriblər.

Qeyd edək ki, bu günlərdə saytımızda T. İsayevin qəbulda göstərdiyi yüksək nəticə haqqında məlumat vermişdik. Bildirmişdik ki, Turan qəbul imtahanında 686 bal toplayıb. Zərdab şəhər 3 nömrəli orta məktəbdə təhsil alıb. O, bu nəticə ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə (ingilis dili) fakültəsinə daxil olub. Orta məktəbdə oxuyarkən Turanın ibtidai sinif müəllimi Tahirə Hacıyeva, sinif rəhbəri isə Muxtar Əlizadə olub.

Zerdab.com