Zərdabda ağır yol qəzası baş verib – ölən və yaralananlar var

0

Hadisə  bu gün axşam saatlarında Zərdab- Kürdəmir yolunun Zərdab rayonunun Əlvənd kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ-2106” markalı minik maşını ilə yük maşını toqquşub. Nəticədə  “VAZ” markalı maşının sürücüsü hadisə yerində dünyasını dəyişib, maşında olan bir qadın və bir azyaşlı isə ağır xəsarət alıblar. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları minik maşınının sürücüsünün sıxılmış vəziyyətdə qalmış 1976-cı il təvəllüdlü Rzayev Qabil Qaybalı oğlunun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Yaralılara  isə Zərdab rayon təcili tibbi yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib və onlar ən  yaxın məsafədə yerləşən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Kürdəmir Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hər iki yaralı xəstəxanaya koma vəziyyətində daxil olub şəxsiyyətləri barədə hələlik heç bir məlumat yoxdur.  Hadisənin baş vermə səbəbi araşdırılır.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

6 + 6 =