Təhsil naziri Zərdab şəhərində vətəndaşları qəbul etdi – FOTOLAR

0
20

Sentyabrın 23-də təhsil naziri Mikayıl Cabbarov Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edib.

Zerdab.com saytı xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, keçirilən qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda 42 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.t%c9%99hsil-naziri-z%c9%99rdabda4

t%c9%99hsil-naziri-z%c9%99rdabda t%c9%99hsil-naziri-z%c9%99rdabda1 t%c9%99hsil-naziri-z%c9%99rdabda2 t%c9%99hsil-naziri-z%c9%99rdabda3