Zərdabda 111 yaşlı seçici səs verdi

0

Gülüstan Xəlilova Zərdab rayonunun ən yaşlı sakinidir. Qaravəlli kəndində yaşayır. 111 yaşlı ağbirçəyin 5 övladı, 16 nəvəsi, 22 nəticəsi var. Həmişə olduğu kimi, bu gün də bu ahıl yaşında məsuliyyətlidir. O, referendumda iştirak etməklə, Konstitusion hüququnu yerinə yetirib.

Sentyabrın 26-da Konstitusiyamıza təklif olunan dəyişikliklərlə bağlı keçirilən referendumda iştirak etmək üçün Gülüstan nənənin evinə daşınan səsvermə qutusu gətirilib. Ona bu şəraiti yaradanlara minnətdarlığını bildirən Gülüstan nənə deyib: “Sağ olun ki, məni yaddan çıxarmamısınız. Əsas Qanunumuza olan dəyişikliyi nəvələrim mənə izah ediblər. Uzun ömür sürmüşəm, çox əzab-əziyyətlər görmüşəm. Bugünkü əmin-amanlıq heç də hər ölkəyə nəsib olmur. Bunun qədrini bilmək lazımdır. Arzum budur ki, yumruq tək birləşib, daim dövlətçiliyimizə sadiq olaq. Allah ölkəmizdəki bu əmin-amanlığı, sabitliyi daimi etsin”.

Zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × four =