Kənd Təsərrüfatı Nazirliyinin Zərdab rayon idarəsinin binası istifadəyə verildi – FOTOLAR

0
Kənd Təsərrüfatı Nazirliyi

Oktyabrın 21-də Kənd Təsərrüfatı Nazirliyinin Zərdab rayon idarəsi üçün inşa edilən inzibati binanın açılışı olub.

Zerdab.com saytı xəbər verir ki, binanın açılışında kənd təsərrüfatı naziri Heydər Əsədov, rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev, habelə əlaqədar qurumların rəhbərləri iştirak ediblər.

Məlumat verilib ki, üçmərtəbəli bina “Aqrartikinti” MMC-nin Ağcabədi filialı tərəfindən inşa edilib. Binada baytarlıq şöbəsi, bitki mühafizə mərkəzi, dövlət texniki nəzarət müfəttişliyi, toxum müfəttişliyi, regional aqrokimya nümayəndəliyi fəaliyyət göstərəcək. Burada yüksək iş şəraiti yaradılıb.

Nazir Heydər Əsədov otaqlarda yaradılan şəraitlə tanış olub, müvafiq tapşırıqlar verib.

Kənd Təsərrüfatı Nazirliyi

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eleven − 9 =