Zərdabda orta məktəblərdə “Son zəng” çalınır

0
32

Bu gün Azərbaycanın bütün ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün son zəng çalınacaq. Zərdab rayonunun ümumtəhsil mətəblərindədə “Son zəng” mərasiminə start verilib. Qeyd edək ki, orta məktəblərdə “Son zəng” tədbirləri təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən, saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək. Bununla bağlı artıq Zərdab rayonunda fəaliyyət göstərən məktəb rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Bildirilib ki, “Son zəng”lə bağlı məktəb ərazisindən kənarda keçirilən tədbirdə hər hansı hadisə baş verərsə, məsuliyyət təhsil ocağının deyil, valideynlərin üzərinə düşəcək.
www.zerdab.com saytının məlumatına görə, bu il ölkəmizdə ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 92 min 178 şagird bitirəcək. Bu göstərici ötən il 97 min 653 nəfər təşkil edib. Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayı 2011-ci ildə 442 nəfər olduğu halda, bu il onların sayının 786 nəfər olacağı gözlənilir.

www.zerdab.com