Nazir Zərdabdakı qəbulunda 25 nəfərin müraciətinə baxıb – FOTOLAR

0

Kənd təsərrüfatı naziri Heydər Əsədov oktyabrın 21-də Zərdabda kənd təsərrüfatı idarəsi üçün yenicə istifadəyə verilən inzibati binada Zərdab, Kürdəmir, Ucar, Göyçay və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.

Zerdab.com-a verilən məlumata görə, nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 25 nəfərin müraciətinə baxılıb.

Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən kənd təsərrüfatı texnikasının alınmasına kömək göstərilməsi və texniki təminatın artırılması, fermerlərə güzəştli kreditlərin verilməsi, torpaq sahələrinin icarəyə götürülməsi ilə bağlı yaranan problemlərin həlli, baytarlıq nəzarəti xidmətinin gücləndirilməsi, ixtisasa uyğun işlə təmin olunma və sair məsələlərlə bağlı olub.

Hər bir müraciət nazir Heydər Əsədov tərəfindən diqqətlə dinlənilib. Müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb. Bəzi müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Tədbirdə Zərdab, Kürdəmir, Ucar, Göyçay, Ağdaş və digər ətraf rayonlardan olan 88 istifadəçiyə lizinq yolu ilə 136 ədəd müxtəlif kənd təsərrüfatı texnikası verilib və ümumilikdə, 2 milyon 378 min 226,84 manat məbləğində olan bu texnikalara görə vətəndaşlara 891 min 836,99 manat məbləğində güzəşt tətbiq edilib.

Xüsusi komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb. O cümlədən güzəşt tətbiq edildikdən sonra 45 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib və onlar Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim olunub. Eyni zamanda, “Aqrolizinq” ASC-nin əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəyən istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində fəaliyyət göstərən “Səyyar xidmət” qrupu tərəfindən Zərdab, Kürdəmir, Ucar, Göyçay və Ağsu rayonlarından olan kənd təsərrüfatı texnikasını idarə edən sürücülərin müddəti bitmiş köhnə vəsiqələri elektron qaydada dəyişdirilərək yenisi ilə əvəz olunub.Zərdab Zərdab Zərdab Zərdab Zərdab Zərdab Zərdab Zərdab z%c9%99rdab9

Şərh yaz

Please enter your comment!
Please enter your name here

5 × four =