Zərdabda “Həyatla oyun” tamaşası göstəriləcək

0
26

Bakı Uşaq Teatrı oktyabrın 24-dən Kürdəmir, Samux, Göygöl, Goranboy, Naftalan, Zərdab və Göyçay rayonlarına qastrol səfərinə çıxıb. Teatr qastrol səfərinə “Həyatla oyun” tamaşası ilə gedib. Teatrın mətbuat xidmətindən bildirilib ki, artıq 3 rayonda tamaşa nümayiş olunub. “Həyatla oyun” tamaşası Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsində olan Bakı Uşaq Teatrı tərəfindən hazırlanıb. Arzu Soltanın qələmə aldığı İntiqam Soltanın quruluş verdiyi tamaşada hadisələr real həyatdan götürülüb və əsasən bir qrup tələbələr arasında cərəyan edir. Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır. Tamaşanın nümayişi gənclərin sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir.

Oktyabrın 28-dək davam edəcək səfər çərçivəsində nümayiş olunacaq tamaşa yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub.

Zerdab.com

1