Zərdabda təlim-məşğələ keçirilib

0

Zərdabda rayon icra hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun təşkilatçılığı, Daxili İşlər, Səhiyyə, Təhsil nazirliklərinin, habelə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əməkdaşlarının iştirakı ilə təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları və tibb işçiləri üçün təlim-məşğələ toplantısı keçirilib. Tədbirdə aidiyyəti qurumların məsul şəxslərinin məruzə və çıxışları dinlənilib. Çıxışlarda narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılmasının, təhsil işçiləri, məktəblilər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə ardıcıl və məqsədyönlü təbliğatın aparılmasının zəruriliyi qeyd olunub.
Təlim-məşğələdə rayon mərkəzi xəstəxanasının həkimlərinin, məktəb direktorları müavinlərinin, psixoloqların müxtəlif təklifləri müzakirə olunub, suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına mövzuya dair disklər və bukletlər paylanılıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

five × five =