Zərdablı məktəblilər tur-aksiyaya yola düşdülər – FOTOLAR

0
22

Zərdab rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup noyabrın 12-də “Ölkəmizi tanıyaq” adı altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələyə yola salınıb. Yolasalma mərasimində vurğulanıb ki, tur-aksiyanın yeniyetmələrin vətənpərvərlik tərbiyəsində, onların istirahətinin səmərəli və mənalı təşkilində xüsusi əhəmiyyəti var.

Dördgünlük səfər Qəbələ, Şəki, Zaqatala bölgələrini əhatə edəcək. Məktəblilər bu rayonların tarixi, maddi-mədəniyyət abidələri, müstəqillik illərində əldə edilən nailiyyətlər barədə hərtərəfli bilgilər alacaq, şən və mənalı istirahət edəcəklər.

Qeyd edək ki, yolasalma mərasimi geniş konsert proqramı ilə müşayiət olunub. Məktəblilər yola düşməzdən əvvəl Heydər Əliyev parkında ağac əkiblər.

Elə həmin gün Kürdəmir rayonundan da bir qrup məktəbli “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu istiqamətində yola salınıb.

Zərdab-tur-aksiya Zərdab-tur-aksiya Zərdab-tur-aksiya Zərdab-tur-aksiya Zərdab-tur-aksiya Zərdab-tur-aksiya Zərdab-tur-aksiya