Zərdabda vəhşi heyvanlar yeniyetməyə hücum edib

0

Zərdabda vəhşi heyvanlar yeniyetməyə hücum edib. Zerdab.com-un APA-nın xəbərinə görə, hadisə rayonun Məmmədqasımlı kəndində qeydə alınıb. Kənd sakini 2000-ci il təvəllüdlü Elvin Mobil oğlu Məmmədov otlaq sahəsində qoyun güdərkən çaqqalların hücumuna məruz qalıb. Sürüyə hücum edən çaqqallar E. Məmmədova qol və ayaq nahiyələrindən xəsarət yetiriblər.  Yaralı təcili olaraq Zərdab Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, ona lazımı ilkin tibbi yardım göstərilib və müalicəsi davam etdirilir.

Yerli sakinlər çaqqalların gündüz saatlarında hücum etməsinin nadir hal olduğunu deyirlər.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

16 + 16 =