Lütvəli Babayev Prezidentə və xanımına Zərdabda görülən işlər barədə məlumat verib

0
23

 

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya rayonumuza səfərləri çərçivəsində son illərdə Zərdabda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

Zerdab.com saytı xəbər verir ki, Lütvəli Babayev Prezidentə bildirib ki, son illərdə Zərdabın sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb. Rayonda çoxlu sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb, yeni suvarma sistemləri qurulub.zerdab-prezident1zerdab-prezident2