Zərdabda evdən 15 min dollar və qızıl əşyalar oğurlanıb

0

Zərdab rayonunda evdən külli miqdarda pul və qızıl əşylar oğurlanıb.

Zerdab.com-un “Report”a istinadən məlumatına görə, rayon sakini Şaiq Əmiraslanova məxsus evdən  naməlum şəxslər 15 000 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlayıblar.

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı oğurluqda şübhəli bilinən həmyerlisi Niyaz Davudov tutulub.  Məlum olub ki, oğurluqla məşğul olan qrup 3 nəfərdən ibarətdir və qrupun digər üzvlərinin tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

ten + 16 =