Zərdabda dəhşətli intihar – iki uşaq atası idi

0
29

Zərdab rayonunda intihar hadisəsi baş verib. Zerdab.com saytının məlumatına görə, Zərdab rayonunun Məlikli kənd sakini İsrəfilov Ramil İsabala oğlu özünü asaraq intihar edib. Valideynləri onu Ağcəbədi Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Ramil İsrəfilov 2 uşaq atası idi.

Qeyd edək ki, Ramil İsrəfilovun qardaşı Nurlan İsrəfilov uzun müddətdir qaraciyər serrozundan əziyyət çəkir. Ailəsi onun müalicə xərcləri səbəbindən olan qalanını satıb, borca düşüb, müalicənin heç bir effekti olmayıb.

Nurlanın ailəsinin müraciəti bir müddət öncə Zerdab.com saytı vasitəsi ilə də yayımlanmışdı.

Ramil İsrəfilovun hansı səbəbdən intihar etdiyi hələ ki, məlum deyil.

Zerdab.com