Zərdabda “Yeni il yarmarkası” təşkil olunub – FOTOLAR

0
32

Zərdabda “Yeni il yarmarkası” təşkil olunub. Zerdab.com saytı xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zərdab rayonunda keçirilən silsilə tədbirlər davam etdirilir. Belə ki, Zərdab şəhərindəki bayraq meydanında süni qiymət artımının qarşısını almaq və əhalinin çoxçeşidli ərzaq məhsullarına olan tələbatını ödəmək məqsədilə bayram yarmarkası təşkil olunub. Rayonun kəndlərindən məhsulların satışa çıxarılması üçün əlverişli şərait yaradılıb.

Zerdab.com