Zərdabda valideynlərini itirmiş uşaqlara maddi yardım və bayram sovqatı verilib

0
24

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Zərdabda keçirilən bayram tədbirləri çərçivəsində valideyn himayəsindən məhrum olmuş və hər iki valideynini itirmiş uşaqlarla və onların himayədarları ilə görüş keçirilib. Zerdab.com xəbər verir ki, İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev görüşdə çıxış edib. Uşaqlara bayram sovqatları və maddi yardımlar verilib.