Millət vəkilimiz Jalə Əliyeva Zərdabda seçiciləri qəbul etdi – FOTOLAR

0
22
92 saylı Zərdab-Ucar seçki dairəsi millət vəkili, professor Jalə Əliyeva Zərdab rayonunda seçicilərinin qəbulunu keçirib. Zerdab.com xəbər verir ki, qəbula rayon mərkəzi ilə yanaşı, rayonun Zərdabın Təzəkənd, Bıçaqcı, Əlibəyli, Xanməmmədli kəndlərindən və digər bölgələrindən olan 25-dən artıq vətəndaş qatılıb.
Seçicilər onları narahat edən müxtəlif məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Vətəndaşlar deputatdan əsasən müavinətlərin verilməsi, əlillik dərəcələrinin müəyyən edilməsi, kənd yollarının təmiri, yeni məbktəb binasının tikintisi, müalicə və təhsillə bağlı məsələlərlə bağlı köməklik göstərməsini xahiş ediblər.
Deputat Jalə Əliyeva müraciətlərin bir qismi ilə bağlı müvafiq qurumlarla yerindəcə əlaqə saxlayaraq, müsbət həllinə nail olub. Digər müraciətlər isə millət vəkili tərəfindən nəzarətə götürülüb.
Seçicilər millət vəkilinə səmimi münasibəti və daimi diqqəti üçün təşəkkür edərək, ölkə başçısına zərdablıların minnətdarlıqlarını çatdırmağı xahiş ediblər.