Zərdab rayonunun demoqrafik göstəriciləri AÇIQLANDI

0
29

Zərdab rayonunun demoqrafik göstəriciləri

Zərdab rayonunun ərazi 0,86 min kvadrat kilometr olmaqla 1 kvadrat kilometrə  düşən əhaliinin sıxlığı 66 nəfərdir. Zərdab rayonunda  01 yanvar 2017-ci il vəziyyətinə 1 şəhər,  1 qəsəbə, 40 kənd olmaqla 42 yaşayış məntəqəsi və  1  şəhər, 1 qəsəbə və 26 kənd inzibati ərazi dairəsi olmaqla 28 inzibati ərazi dairəsi mövcuddur.

2016-cı ildə Zərdab rayonun əhalisinin sayı il ərzində ümumilikdə 465 nəfər artaraq (0,8 faiz) 57577 (ilkin hesablamalara görə) nəfərə çatmışdır. Hazırda rayonda əhalinin sıxlığı bir kvadrat kilometrə 67 nəfər təşkil edir. Əhalinin 20,5 faizi şəhər, 79,5 faizi isə kənd yerlərində yaşayır.

2016-cı il ərzində rayonda 756, gündə təxminən 2 körpə doğulmuşdur ki, onların da 18,0 faizi şəhərdə, 82,0 faizi isə kənd yerlərində qeydə alınmışdır. Təbii artım 401 nəfər olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 14.3 faiz azalmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 14,2-dən 13,2-yə qədər azalmışdır.

2016-cı ildə Zərdab rayonunda 355 ölüm qeydə alınmışdır. Rayon üzrə 1 yaşa qədər ölüm 6 nəfər qeydə alınmışdır. 1-yaşa qədər ölümün 1-i şəhərdə, 5-i kənd yerlərində qeydə alınmışdır. 1-4 yaşda 5, 5-9 yaşda 2, 15-19 yaşda 3, 20-24 yaşda 4, 25-29 yaşda 2, 30-34 yaşda 4, 35-39 yaşda 5, 40-44 yaşda 9, 45-49 yaşda 11, 50-54 yaşda 21, 55-59 yaşda 27, 60-64 yaşda 16, 65-69 yaşda 20, 70-74 yaşda 25, 75-79 yaşda 66, 80-84 yaşda 80, 85 yaşdan yuxarı 49 nəfər ölüm halı qeydə alınmışdır.  Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,0-dan 6,2-yə qədər artmışdır. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olmuşdur.

İl ərzində rayonumuzda 375 nikah və 46 boşanma halları qeydə alınmışdır. Nikahların sayı 5,7-dən 6,5-ə qədər, boşanmaların sayı isə 0,6-dan 0,8-ə qədər artmışdır. Birinci nikaha daxil olanların ölkə üzrə  orta yaş həddi kişilər arasında 27,6, qadınlar arasında isə 23,7 yaş təşkil edir.

Zərdab rayon Statistika İdarəsi