Zərdabda dünyanın ən balaca Quranı saxlanılır-VİDEO

0

Bəlkə də dünyanın ən balaca kitabı Zərdab rayonunun Bıçaqçı kənd sakini Elton Zəkizadənin evindədir. Eni 1 sm, uzunlugu isə 1.5 sm-dir. Elton Zəkizadənin sözlərinə görə, yaşı 2 əsrə bərabər olan kitab onlara nəsildən nəslə ötürülüb. Kitabın yaşını vərəqlərinin köhnəlməsi və bəzi hərflərin pozulmasından da müəyyənləşdirmək olar.

İçində yazılanların həqiqətən quran ayələrinin olmasını din adamları da təstiqləyir. Onlar bildirir ki, kitabda Qurani-Kərimdə olan ən təsirli surə və ayələr var. Miniatür kitabın ölçülərinə baxmayaraq, onu adi gözlə oxumaq mümkündür.

Elton Zəkizadə qədim kitabın dünyada ən kiçik olub-olmamasını da araşdırıb. İnternetdə şəkillərini paylaşıb və belə kitabları olanlarla əlaqə saxlayıb.

Elton deyir ki, balaca kitab maraga səbəb olur. İnternetdə paylaşıldıqdan sonra çox adam yazışma yolu ilə fikirlərini bildiriblər. O, bu kitabı saxlayaraq gələcək nəsillərə ötürmək niyyətindədir.Xezerxeber.az

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eight + 19 =