Zərdabda bitkiçilik məhsullarının istehsalı ilə bağlı yeni AÇIQLAMA

0

 Zərdab rayonunda 2016-cı il bitkiçilik məhsullarının istehsalı haqqında

2016-cı ilin  yekunlarına görə Zərdab rayonunda faktiki mövcud olan məhsul toplanmış 37086 hektar əkin sahəsinin  45.9% -ni arpa və bugda, 2.2 %-ni   pambıq sahələri, 0.5 %-ni kartof bitkisi,  0.4 %-ni açıq torpaqlarda hər cür tərəvəz, 0.6 %-ni ərzaq üçün bostan bitkiləri, 48.8 %-ni yem bitkiləri , 1.2 %-ni qargıdalı, 0.2 %-ni çəltik, 0.1 %-ni günəbaxan bitkisi  və sair  əkin sahələri təşkil edir. 2016-cı ildə rayonda 17007 hektar (dən üçün) taxıl sahələrindən 52101 ton (hər hektardan məhsuldarlıq  30.6 sentner) məhsul istehsal edilmişdir ki, keçən illə müqayisədə müvafiq olaraq  taxıl sahələri 277 hektar, məhsul istehsalı  2251 ton, hər hektardan məhsuldarlıq isə 0.8 sentner çox olmuşdur. O cümlədən  10665 hektar bügda sahələrindən 34021 ton buğda (məhsuldarlıq 31.9 sentner), 6342 hektar arpa sahələrindən 18080 ton arpa (məhsuldarlıq 28.5 sentner) məhsulu toplanmışdır. Rayon ərazisində 2016-cı ildə 3.0 hektar çovdar əkilmiş və həmin sahələrindən 6.0 ton çovdar, 454 hektar qarğıdalı sahələrindən 3087.5 ton qarğıdalı, 70.5 hektar çəltik sahələrindən 252 ton çəltik istehsal olunmuşdur.

2016-cı ildə 832 hektar pambıq sahələrindən 900 ton məhsul (məhsuldarlıq 10.8 sentner)  tədarük olunmuşdur ki, bu da keçən illə müqayisədə 885 ton çoxdur. 2016-cı ildə 195 hektar kartof sahələrindən 3685 ton (hər hektardan məhsuldarlıq 189.0 sentner) məhsul çıxarılmışdır. Kartofun məhsuldarlığı keçən ilki səviyyədən 8.1 sentner  yuxarı olmuşdur. Tərəvəz  sahələrindən 2016-cı ildə 2453 ton məhsul (məhsuldarlıq 159.3 sentner) toplanib ki, bu da keçən ildəkindən 67 ton çoxdur. Rayon ərazisində  əkilən 231 hektar bostan sahələrindən 7567 ton bostan məhsulları  (məhsuldarlıq 327.6 sentner) istehsal edilmişdir ki, keçən illə müqayisədə  hər hektardan məhsuldarlıq 5.5 sentner çox olmuşdur. Örtüksüz çoxillik otlar  sahəsi 18098 hektar olmuşdur ki, həmin sahələrdən 118,2 min ton quru ot (yonca) tədarük edilmişdir.

Hesabat dövründə 31 hektar gunəbaxan bitkisi əkilmiş, həmin sahələrdən 80 ton, 7 hektar sorqo sahələrindən 16 ton, 3 hektar xaşa sahələrindən isə 12 ton məhsul yığılmışdır. Rayon ərazisində 0.5 hektar Abşeron zəfəranı əkilmış, həmin sahədən 1 kq məhsul toplanmışdır. Rayon üzrə 2016-ci ildə mövcud olmuş 472,4 hektar meyvə bağlarından 2481 min ton məhsul toplanmışdır ki, keçən ilin məhsulu ilə müqayisədə 29 ton çox, 204 ton üzüm istehsal olunmuşdur ki, bu da keçən ildəkindən  3.0 ton çoxdur. İl ərzində rayon üzrə 5710 kq barama istehsal olunmuşdur.

 Zərdab Rayon Statistika İdarəsi