Zərdabın aprel şəhidi Nurlan Abdullazadə ad günündə belə anıldı – FOTOLAR

0
29

 

Fevralın 14-ü Zərdabın aprel şəhidi Nurlan Abdullazadənin doğum günüdür. Zerdab.com saytı xəbər verir ki, 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olmuş Nurlan Abdullazadənin doğum günü münasibəti ilə onun məzarı önündə anım mərasimi keçirilib. Ölümündən sonra “Hərbi Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülmüş şəhid Nurlan Abdullazadənin anım mərasiminə ağsaqqallar, rayon gəncləri, məktəblilər, şəhidin yaxınları qatılıblar. Təzəkənd kənd məzarlığında Nurlanla bərabər uyuyan digər şəhidlərimiz Namiq Məmmədovun və Kamran Məmmədovun məzarları da ziyarət olunub. Ziyarət zamanı məktəblilərin və bağça uşaqlarının ifasında şəhidlərə həsr olunmuş ədəbi bədii kompazisiya nümayiş etdirilib, vətən toprpağının müdafiəsi uğrunda canından keçmiş bütün Azərbaycan şəhidlərinin ruhuna dualar oxunub.

Məlumat üçün bildirək ki, 2012-ci ildə Naxçıvanda əsgəri xidmət keçən, xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət edən Zərdab rayonunun Böyük Dəkkə kənd sakini, 1994-cü il təvəllüdlü, ailənin yeganə oğul övladı, gizir Abdullayev Nurlan Rasim oğlu aprelin əvvəlində Tərtər bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Allah rəhmət eləsin.

Zerdab.com