Zərdabda yeni idman növü fəaliyyətə başladı – FOTOLAR

0
21

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyevlə Azərbaycan Alpaqut Federasiyasının Regional məsələlər üzrə vitse-prezidenti Ərşad Həsənov arasında rayonumuzda Alpaqut idman növünün təbliği və inkişaf etdirilməsi məqsədilə görüş olub. Zerdab.com xəbər verir ki, bu idman növünün rayonumuzda fəaliyyətə başlaması ilə bağlı çoxdandır aparılan işgüzar müzakirələrin nəticəsi olaraq Alpaqut idman növünün Zərdab filialının yaradılması reallaşıb və filialın ilk seminarı və təlim məşq toplantısı keçirilib.
Seminarda Alpaqut idman növünün əhəmiyyəti, həmçinin tariximizdən gələn bu döyüş sənətinin önəmi barədə məlumat verilib və təlim məşq toplantısında isə Alpaqut idman növü ilə bağlı nümunələr əyani şəkildə nümayiş olunub.

Azərbaycan Alpaqut Federasiyasının Zərdab rayon filialına Nizami Ağayev rəhbərlik edəcək.