Güclü külək Zərdabda yanğınlara səbəb olub

0
29

Güclü külək Zərdab rayonunda bir neçə yanğına səbəb olub. Fövqəladə Hallar Nazirliyinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata  görə, rayonun bir neçə yaşayış məntəqəsində 5  yanğın hadisəsi qeydə alınıb. Rayonun Dəkkəoba kəndində, Zərdab-Ucar yolunun 8-ci kilometrliyində və Burunlu kəndində 2 yanğın hadisəsi qeydə alınıb. Bütün yanğın hadisələrinin genişlənməsinin qarşısı alınıb.