Zərdabda şahmat üzrə növbəti seçmə yarış keçirilib – FOTOLAR

0
24

Bu gün Zərdab Rayon Şahmat Məktəbində “Pilot” məktəblərin ənənəvi seçmə yarışı keçirilib. Zərdab Rayon Şahmat Məktəbindən “Zerdab.com” saytına verilən məlumata görə, turnirdə 1 saylı tam orta məktəb, 2 saylı tam orta məktəb, 3 saylı tam orta məktəb, Gəlmə kənd, Pərvanlı, Yarməmmədbağı və Çallı kənd orta məktəbinin komandaları iştirak ediblər. Komandalar 3 oğlan və 3 qızdan təşkil olunub. Yarışlar dairəvi sistemlə keçirilib. Şəhər 1 saylı orta məktəbin komandası 1-ci yeri tutaraq, respublika turnirində iştirak etmək hüququ qazanıb.