Zərdab sakinləri dəhşətli qəzaya düşdülər: ölən və yaralanan var – FOTOLAR, VİDEO

0
31

Ucar-Zərdab yolunda iki avtomobil toqquşub.

Zerdab.com saytının APA-ya istinadən xəbərinə görə, hadisə Ucar rayonunun Qazyan kəndində baş verib.

90 XM 720 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə 03 BB 478 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı avtomobil toqquşub.

Nəticədə Zərdab rayon sakini, 1984-ci il təvəllüdlü Adışirin Soltan oğlu Sadıqov hadisə yerində ölüb.

Ucar rayonunun Qazyan kənd sakini, 1957-ci il təvəllüdlü Nizami Faxrəd oğlu Manafov və Zərdab rayon sakini, 1966-cı il təvəllüdlü  Cavanşir İbiş oğlu Mürşüdov isə xəsarət alıb.

Qeyd edək ki, yol qəzası nəticəsində ölən Adışirin Sadıqov Zərdab  Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur. Adışirin Sadıqov evin tək oğlu idi.

Zərdab-Ucar yolu