Zərdablı qəhrəman şəhidin nəşini ermənilər vermək istəmirdilər – 5 ay sonra qaytardılar

0

Zərdabın Qarabağ müharibəsində qəhrəmanlıq göstərən oğullarından biri də Elşad Şahmurovdur. Təəssüf ki, həmyerlilərimizin çoxu hələ də onun qəhrəmanlıqları barədə tam məlumatlı deyil. Həmyerlimiz Sədiyar Xəlilovun Zerdab.com saytına verdiyi məlumatlar əsasında Elşad Şahmurov haqqında bir qədər ətraflı məlumat vermək istərdik.

Elşad Şahmurov
Elşad Şahmurov

Şahmurov Elşad Abasqulu oğlu 20 may 1974-cü ildə Zərdab rayonunun Şəftəhal kəndində anadan olub.

Ailənin sonbeşiyi idi. Təhsilini Nizami adına Şəftəhal kənd tam orta məktəbində alıb. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Füzuli bölgələrindəki döyüşlərdə xüsusi şücaətləri olub. O, bu döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla əsgər yoldaşlarının rəğbətini qazanıb. Elşadın cəsurluğu onun hərbiçi yoldaşlarını daha da ürəkləndirirdi.

Elşad qranatatan silahının mahir atıcısı idi. Hədəfi dəqiq nişan alır, düşmənin əsas məntəqələrini məhv edə bilirdi. Təkcə bir döyüşdə onun sərrast atışı nəticəsində düşmənin bir neçə zirehli texnikası məhv edilib. 1994-cü ilin yanvar ayında Füzulu rayonunun Aşağı Əbdurrəhmanlı kəndi uğrunda başlanan qızğın döyüşlərdə Elşad qəhrəmancasına şəhid oldu. Onun nəşi beş ay düşmən əsirliyində qaldı. Lakin çətinliklə də olsa, onun nəşi düşmən tərəflə aparılan danışıqlar nəticəsində geri alına bildi. 1994-cü ilin may ayının 5-də Elşadın nəşi doğma kəndi olan Şəftəhala gətirildi və kənd qəbirstanlığında dəfn edildi. Elşad kimi qəhrəman oğullarımızla fəxr edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

5 × 4 =