Zərdabda 523 nəfər müayinə, 5 xəstə əməliyyat olundu

0

Bu günlərdə Zərdab rayon Mərkəzi Xəstəxanasında xoşməramlı aksiya keçirilib. Aksiya zamanı kardioloq, endokrinoloq, endoskopiya, kardiocərrah, USM, cərrah-rezident və digər ixtisasdan olan həkimlər tərəfindən 523 nəfər xəstə müayinə olunub, 5 nəfər əməliyyat edilib. Müayinə və əməliyyatlar akademik Böyükkişi Ağayevin rəhbərlik etdiyi Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin 10 nəfərdən ibarət həkim briqadası tərəfindən həyata keçirilib.