Zərdabda İslam oyunları ilə bağlı silsilə tədbirlər keçirilib

0
22

“Gəncliyə dəstək” İctimai Birliyi Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zərdab şəhər məktəblərində 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli”dir mövzusunda maarifləndirici tədbirlər keçirib.

Tədbir əvvəlcə Zərdab şəhər 3 saylı tam orta məktəbində keçirilib. Tədbirdə “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov, İB-in üzvü Rüfət Cəfərov və yerli “Əkinçi” qəzetinin müxbiri Tərlan Abdullayeva çıxış ediblər.

Zerdab.com xəbər verir ki, Zərdab şəhər 2 saylı tam orta məktəbdə də keçirilən tədbirdə məktəb direktoru Pirəli müəllim, “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov, İB-in üzvü Rüfət Cəfərov iştirak və çıxış etdilər. Tədbirdə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı barədə məlumat verilib.

Bildirilib  ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub.Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir. Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri əsaslı şəkildə yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən böyük məscidi Heydər məscidi inşa edilmişdir. Bundan əlavə zərərli dini cəryanlara qarşı mübarizə aparmaq, ayıq-sayıq olmaq lazımdır. Bundan əlavə bildirildi ki,İslam Həmrəylik Oyunları — dörd ildən bir keçirilən beynəlxalq idman tədbiri. Burada İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edir. İlk dəfə bu oyunlar Səudiyyə Ərəbistanında keçirilmişdir və hazırda yarışda İslam Konfransı Təşkilatının 57 üzvüsü iştirak edir. Təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşlarınada oyunlarda iştirak etməyə icazə verilir.