Zərdabda nərd çempionatı – Özünə güvənənlər dəvət olunur

0
21
Zerdab rayonu

Zərdab rayonunda nərd çempionatı keçiriləcək. Bu barədə Zerdab.com saytına Zərdab Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.

Bildirilib ki, Zərdab Rayon Gənclər və İdman İdarəsinin 2017-ci ilin I yarımilliyi üçün perspektiv iş və tədbirlər planına uyğun olaraq 22-26 may 2017-ci il tarixlərdə Həsən bəy Zərdabi adına parkda 28 May – Respublika Günü münasibətilə nərd idman növü üzrə rayon çempionatı keçiriləcək. Çempionatın püşkatma mərhələsi 22 may 2017-ci il tarixdə saat 15:00-da Həsən bəy Zərdabi adına parkda keçiriləcək. Çempionatda iştirak etmək istəyənlər Zərdab Rayon Gənclər və İdman İdarəsinə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs: Əvəz Soltanov.

Əlaqə telefonu: 050 574 91 33.