Allah o gözəllikləri görən gözləri bizdən əsirgəməsin

0
Zərdab rayonu

Sizi bilmirəm, mən Ali Baynazi haqqında eşitməmişdim, bu gün internet şəbəkədə təsadüfən rastlaşdım. Bəs kimdir Ali Baynazi?
Mən desəm də, deməsəm də , hər biriniz bilirsiniz ki, hər gün yaşadığımız dünyada çoxlu sayda insan doğulur və çoxlu insan da bu dünyanı tərk edir.
Bu dünyaya gəlmiş və hələki bu dünyada yaşayanlardn biri də sizsiniz, Allah tərəfindən yaşamaq izni verilmişlərdən biri.
Amma heç ağlınıza gəlib ki, yaşadığımız bu dunyaya gəlmək ehtimalı nə qədər imiş?
Szi bilmirəm, amma mən bu haqqda heç düşünməmişdim. Amma Harvard universitetinin məzunu, blogger Ali Baynazi düşünüb və bir insanın dünyaya gəmək ehtimalını hesablayıb.
Bu zaman o,
– valideynlərin görüşü ehtimalını,
– onların bir-birini sevməsi və evlənməsi,
– uşaq dünyaya gətirmək istəyi, istəyi realizə etmək imkanlarını və sairə ehtimalları hesablamaya daxil edib.
Nəticədə məhz sizin anadan olma ehtimalınız 1 / 400 000 000 000 000 000 təşkil edir.
Düzü, mən dunyaya gəlmək ehtimalımın bu qədər kiçik olduğunu heç fikiləşməmişdim. Bunu oxuyub bəziləri dünyaya gəldiyənə yəqin şükür edəcək, bəziləri isə öz doğuluşuna ən azından peşiman olduğunu bildirəcək. Amma….
Səhərlər hava işıqlaşarkən doğan günəşə baxın, buludları seyr edin, quşları dinləyin – gözəl deyilmi?
Fikirə dalın, ailənizi, dostlarınızı, yaxınlarınızı fikirləşin – onlara görə dünyaya gəldiyimizə görə şükür etməyə dəyməzmi?
Onlar yoxdur? Sizin ki, Allahınız var, Yaradan heç vaxt yaratdığını tək qoymaz.
Sizi incidİblərsə, hamıdan küsməyə dəyməz. Boş ver, unut. Kədərli hadisə baş verib? Gülüşə gedən yol kədərdən keçir. İncikliyi, kədəri əvvəlcə qəlbinden keçir, sonra isə at getsin. ÇÜNKİ HƏYAT GÖZƏLDİR.
Və şükür et…
Allaha şükür et ki, 1 / 400 000 000 000 000 000 ehtimalı sənə qismət olub.
ALLAHA ŞÜKÜR ET – VERDİKLƏRİNƏ ĞÖRƏ.
ALLAHA ŞÜKÜR ET – BU HƏYATDASAN.
HƏYAT GÖZƏLDİR.
ALLAH O GÖZƏLLİKLƏRİ GÖRƏN GÖZLƏRİ BİZDƏN ƏSİRĞƏMƏSİN!!!

Cəmil Əsəd

Şərh yaz

Please enter your comment!
Please enter your name here

one × 4 =