Zərdabda iki avtomobil toqquşub

0
39

Zərdab rayonu ərazisində avtomobil qəzası baş verib.

Rayonun Bıçaqçı kəndində “VAZ-2106” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 1939-cu il təvəllüdlü İbrahimov Beydulla Beydu oğlu və 1965-ci il təvəllüdlü Salehov Qurban Ərəstun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.