Daxili işlər naziri Zərdabın dövlət yol polisi bölməsi rəisinin rütbəsini artırdı – ƏMR

0
32

Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi, polis kapitanı Rəşad Xəlilovun rütbəsi artırılıb. Zerdab.com saytı xəbər verir ki, Daxili işlər naziri Ramil Usubov bununla bağlı əmr imzalayıb. Ramil Usubovun əmrinə əsasən, polis kapitanı Rəşad Xəlilov Daxili İşlər Nazirliyinin polis mayoru rütbəsinə layiq görülüb.

Məlumat üçün bildirək ki, polis kapitanı Rəşad Xəlilov 2015-ci ilin noyabr ayında Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunub.

Xatırladaq ki, Daxili işlər naziri 2017-ci ilin əvvəlində də Rəşad Xəlilovu təltif etmişdi. Belə ki, Ramil Usubovun əmri ilə R. Xəlilov Daxili İşlər Nazirliyinin “Əla xidmətlərə görə” döş nişanı ilə təltif olunub.

Zerdab.com saytının kollektivi həmyerlimiz Rəşad Xəlilovu təbrik edir, yeni nailiyyətlər arzulayır.